Hiss – Sayiram

, ,
35 views
0

Hiss – Sayıram


Hiss – Sayiram Lyrics:

Sabahları gözləmirəm artıq
Ona görə qayıdıram dünənimə
Bura qədər gəlib sonra qaldıq
Bəs eliyər bu qədəri ürəyimə
Mən edirəm həyatıma davam
Atıram beynimdən onu nə yadıma salar axı
Gətirmədim ömür boyu mən adıma yalan
Deyiləm mən yanında yanan, yenə həyatıma salan
Keçirəm gəzdiyimiz küçədən
Əslində dözülməzdir necə də
Xəyalımda gəzdiyimiz gecələri xatırladım
Necə gəlib gecə saat neçədə
Çalışıram unudum, xatirələr boğazımı qurudur
Düşünməzdi ki, bu yolun sonu bu
Bura qədər bəsdir, daha yoruldum

Sayıram gedib ən dərinə, bizi ayıran ötən günləri mən
Sayıram bil özümü dəli mən
Özüm öz üzərimə götürürəm məni mən
Sayıram olan səhvləri, günah dəftəri dolu toz rəfləri
Sayıram sona qədər davam edib
Sonra geri, edə bəlkə bunlar bir də xoşbəxt məni (2x)

Aparır hara məni, xəyallar çökür içimə elə bil qara dəlik
Sanki əlimdədir bax ürəyim yara mənim
Bilmirəm önümdə ya gözümün önünə gəlir
Elə bil hər şey yalan, sən tək doğrusan
Bu gün bütün doğrularım itib, tək oldu sağ
Düşün məni, bir də bu sevginin tək tonu say
Amma görünməzəm, çünki heyif rəng korusan sən
Hiss, dünyaya hirsinlə çığır
Necə böyük sevgidir qoyub hissinlə çağır
Eşq mənə görə necə yağışlı havadakı
Pəncərə önündə bir fincan çay kimi
Amma çalışıram unudum, xatirələr boğazımı qurudur
Düşünməzdi ki, bu yolun sonu bu
Bura qədər bəsdir daha yoruldum

Sayıram gedib ən dərinə, bizi ayıran ötən günləri mən
Sayıram bil özümü dəli mən
Özüm öz üzərimə götürürəm məni mən
Sayıram olan səhvləri, günah dəftəri dolu toz rəfləri
Sayıram sona qədər davam edib
Sonra geri, edə bəlkə bunlar bir də xoşbəxt məni (2x)


Mp3 : Hiss – Sayiram

Previous track button
Large toggle button
Next track button
-
00:00 / 00:00
Small toggle button
1.
20 ژانویه 2021
لینک کوتاه

اشتراک گذاری مطلب

نظر خود را بنویسید

دانلود آهنگ جدید
کانال تلگرام صفحه اینستاگرام