Aydin Sani – Kohne Mehelle

Aydin Sani – Kohne Mehelle
Download New Music By Aydin Sani – Kohne Mehelle


Mahnının sözləri

Köçmüşəm o yerdən,10-15 ildir,
Bu məhlə qabaqlar, bu cür deyildi.
Nə evlər o evdir, nə də qonşular,
Nə o hisslər qalıb, nə də duyğular.

Heyif o məhlədən, bir də o qızdan,
Məhləni sökdülər, uçuldu getdi.
O qız da gördü ki, məndən xəbər yox,
O da bir fərsizə, qoşuldu getdi.

O ki, ya xəyaldır, ya şirin yuxu,
İndi ayrılıqdan, oxu ha oxu.
Sənlə ayrılmarıq, demişdi axı,
Nə oldu əhdimiz, pozuldu getdi.

Heyif o məhlədən, bir də o qızdan,
Məhləni sökdülər, uçuldu getdi.
O qız da gördü ki, məndən xəbər yox,
O da bir fərsizə, qoşuldu getdi.
Gözlədi, gözlədi, yoruldu getdi.

Qırlı damlar üstə, yatan var idi,
Göyə millənib xam, tutan var idi.
Tində bir siqaret satan var idi,
Qaragün heçnədən, tutuldu getdi.

Heyif o məhlədən, bir də o qızdan,
Məhləni sökdülər, uçuldu getdi.
O qız da gördü ki, məndən xəbər yox,
O da bir fərsizə, qoşuldu getdi.

Ağ ölüm bəladlr, nöşün* yayılsın,
Nola* bu bəlaya əlac tapılsın,
Ay bunu çıxardan, evin yıxılsın,
Gül kimi uşaqlar qırıldı getdi.

Heyif o məhlədən, bir də o qızdan,
Məhləni sökdülər, uçuldu getdi.
O qız da gördü ki, məndən xəbər yox,
O da bir fərsizə, qoşuldu getdi.
Gözlədi, gözlədi, yoruldu getdi.

Əcəb başı lolu, düşdük dumana,
Çoxu ogar qalıb, getdi ziyana,
Kiminin evləri düşdü plana,
Kiminki bəxtəbəxt satıldı getdi.


Mp3 320
Aydin Sani – Kohne Mehelle

00:00
00:00
Loading the player ...
  • کیفیت 320دانلود

مطالب مرتبط

مطالب مرتبط

ارسال دیدگاه

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *

شانزده + 11 =